ABŞ-da “Florens” qasırğası səbəbindən ən azı 800 aviareys təxirə salınıb.
Biosfer.az CNN telekanalına istinadən xəbər verir ki, uçuşlar sentyabrın 13-dən 15-dək dayandırlıb.
Corciya, Virciniya, Şimali Karolina, Cənubi Karolina, Merilend ştatları, eləcə də Vaşinqtonda təbii fəlakətlə bağlı fövqəladə vəziyyət rejimi tətbiq edilib.