40 ildən sonra ilk dəfə göründü – Kolibr-kəpənək – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Moskva vilayətində son 40 ildə ilk dəfə kolibr-kəpənəyə rast gəlinib.

Biosfer.az xəbər verir ki, bu barədə yerli Ekologiya nazirliyi məlumat yayıb.

“Rusiya Ekologiya Nazirliyinin sifarişiylə nadir fauna və flora növlərinin monitorinqini aparan Təbiətin Mühafizəsi fondunun mütəxəssisləri Moskva əyalətinin Qırmızı kitabına düşən bu kolibr-kəpənəyə Şatura şəhərində rast gəlib”, – məlumatda deyilir.

Sonuncu dəfə bu həşərat növü Moskvada 40 əvvəl görünüb. Kəpənəyin özünəməxsus görünüşü var. Tanımayanlar onu kolibr quşuna bənzədə bilər.

Bu nadir növün saxlanılması üçün əyalətin cənubunda və şərqində xüsusi mühafizə olunan təbiət əraziləri yaratmaq planlaşdırılır.

Paylaş