Yupiterdə su tapıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikalı alimlər qrupu müəyyən edib ki, Yupiterin böyük atmosfer axını olan Böyük Qırmızı Ləkənin tərkibində çoxlu su var.

Biosfer.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı “EurekAlert!” press-reliz yayıb.

Araşdırmaçılar yerüstü alətlərin köməyilə əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, Qırmızı Ləkənin strukturu üç bulud qatından ibarətdir, onlardan ən dərinində 5-7 atmosfer təzyiq var. Alimlərin sözlərinə görə, bu buludlar donmuş su kristallarından ibarətdir.

Əgər 2016-cı ildən atmosferdəki qazları araşdıran “Juno” stansiyası bunu təsdiq etsə, onda planetin digər yerlərində, eləcə də, Saturn, Uran və Neptunda da su axtarışına başlamaq olar.

Paylaş