Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2 dəfə yuxarı olduğu qeydə alınıb.

Bu barədə Biosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Paylaş