Yunanıstanın Karditsa şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Karditsa şəhərindən 32 kilometr qərbdə, 10 km dərinliyində qeydə alınıb.
Hər hansı insan itkisi və dağıntı haqqında məlumat yoxdur.