“Zəlzələ nəticəsində Lerikdə 40-a yaxın evə ziyan dəyib” – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

“Cənub bölgəsində dünən baş verən yeraltı təkanlar nəticəsində evlərə və bir sıra obyektlərə ciddi ziyan dəyib”.

Bu barədə Biosfer.az-a Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, Lerik rayon ərazisində 40-a yaxın yaşayış evində müxtəlif ölçüdə çatlar əmələ gəlib: “Hazırda yaranan çatlar o qədər qorxulu fəsadlara səbəb ola bilməz. Rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə ziyan dəymiş evləri siyahıya alır. Siyahıda artım müşahidə edilir. Düşünürük ki, günün sonuna qədər çat yaranan evlərlə bağlı müraciətlər daxil olacaq”.

H.Məlikov hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildiyini deyib.

Yeraltı təkanlar Lənkəranda da hiss olunub və sakinləri təşvişə salıb. Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayevin Publika.az-a verdiyi açıqlamaya görə, hadisə nəticəsində ziyan dəyən evlərdə rayon Fövqəladə hallar komissiyası və yerli bələdiyyə rəhbərləri tərəfindən araşdırmalara aparılır:

“Zəlzələ çox hiss olunduğu üçün evlərdə ciddi çatlar yaranıb. Obyektlərdə məhsulların istifadəsiz hala düşməsi sahiblərinə maddi ziyan vurub. Müxtəlif kəndlərdən dəymiş ziyanlarla bağlı müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər komissiya tərəfindən obyektiv şəkildə araşdırılır. Araşdırmalar başa çatandan sonra zəlzələdən ziyan çəkən evlərin sayı barədə dəqiq məlumat vermək mümknü olacaq”.

Xatırladaq ki, dünən Lerik və Lənkıran bölgəsində ardarda bir neçə yeraltı təkan baş verib. 15 km dərinlikdə baş verən zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Paylaş