Puerto-Rikoda 2975 nəfər “Mariya” qasırğasının qurbanı oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Puerto-Rikonun qubernatoru “Mariya” qasırğası qurbanlarının sayını açıqlayıb.

Biosfer.az-ın məlumatına görə, bu barədə “NBC” xəbər verib.

Xəbərdə bildirilir ki, qubernator bir müddət əvvəl tüğyan etmiş təbii hadisə zamanı 2975 nəfərin həlak olduğunu etiraf edib.

“Biz rəsmən 2975 nəfərin həlak olduğunu təsdiqləyirik”, – deyə o bildirib. Qeyd edək ki, qasırğa ölkənin təsərrüfatına da ciddi zərər vurub. Təbii hadisə nəticəsində yüzlərlə ev dağılıb, yollar, sənaye müəssisələri sıradan çıxıb.

Paylaş