Azərbaycanda zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən dəqiqələrdə cənub bölgəsində güclü zəlzələ baş verib. 

Biosfer.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, zəlzələ Lənkəran şəhərində saat 16:57-də qeydə alınıb.

Lənkəranda zəlzələ
Təbiət hadisəsi, təqribən 4-5 bal gücündə olub. Zəlzələnin təsiri, xüsusilə çoxmərtəbəli binalarda hiss olunub, sakinlər evlərini tərk ediblər.
Lənkəranda zəlzələ
Qeyd edək ki, güclü təkanlar ətraf rayonlarda — Lerik, Yardımlı, Astara, Masallıda da hiss edilib. Rayon sakinlərinin sözlərinə görə, təkanların gücündən insanlar təşvişə düşsələr də, zəlzələ insan tələfatı olmadan ötüşüb. Hazırda baş verənlər araşdırılır.

Onu da əlavə edək ki, İran İslam Respublikasında da 6 bal gücündə zəlzələ qeydə alınıb.

 

Paylaş