Yaponiyada 20-26 avqust tarixlərində istilər səbəbində 2 nəfər həlak olub.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bir həftə ərzində 5890 nəfər xəstəxanaya müraciət edib. Ötən həftə ilə müqayisədə bu rəqəm 1,6 dəfə artıb (3669).
Qeyd edək ki, iyun ayının sonundan Yaponiyanın bütün ərazisində isti hava müşahidə olunur. Ən yüksək temperatur Saytama prefekturasında yerləşən Kumaqaya şəhərində iyulun sonunda qeydə alınıb – 41,1 dərəcə.
Sinoptiklərin proqnozlarına görə, isti hava şəraiti sentyabrın əvvəli-ortalarına qədər davam edəcək.