Sistan və Bəlucistan əyalətlərində qum fırtınası 171 nəfərin xəstəxanaya düşməsinə və onlarla təyyarə reysinin təxirə salınmasına səbəb olub.
Biosfer.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Bildirilir ki, avqustun 20-dən bəri xəstəxanalara ümumilikdə 810 nəfər müraciət edib, onlardan 639-na ambulator müalicə təyin edilib.
Qızıl Xaç Cəmiyyətinin əməkdaşları fövqəladə vəziyyət rayonunda sakinlərə su butılkaları paylayırlar. Bildirilir ki, qum fırtınası avqustun 29-dək davam edəcək.