İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Təbii hadisə zamanı azı 232 nəfər yaralanıb. Məlumata görə, zəlzələ zamanı 1 nəfər həyatını itirib.