Elbrus dağına çıxan zaman iki alpinisti ildırım vurub.
Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsinin məlumatında deyilir.
“Çərşənbə günü 17.55-də ilkin məlumat daxil oldu ki, Elbrus dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb”, — deyə məlumatda qeyd olunur.
İdarədən bildirildiyinə görə, xəsarət alanlardan biri yolda dünyasını dəyişib, digəri isə xəstəxanaya çatdırılıb. Alpinistlərin hər ikisi Bryansk sakinləridir.
Hadisə yerinə FHN-in Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb.