Venesuelada zəlzələdən sonra göydələn əyildi

Google+ Pinterest LinkedIn Tumblr +

Venesuelada baş verən güclü zəlzələ nəticəsində 200 metrlik göydələn əyilib.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Nestor Luis Reverol paytaxt Karakasda David qülləsi kimi tanınan göydələnin son 5 mərtəbəsinin 25% əyildiyini bildirib.

Xatırladaq ki, Venesuelanın Sukre ştatında güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası 7,3, dərinliyi 113 kilometr olub.

Paylaş