İndoneziyada zəlzələlər: ölənlərin sayı 500-ə yaxınlaşır

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Lombok adasında iki həftədə baş verən zəlzələlərdə ölənlərin sayı 483 nəfərə çatıb.

Biosfer.az “Anadolu”ya istinadla xəbər verir ki, avqustun 5-də adada baş verən 7 bal gücündə zəlzələdə ölənlərin sayının 471 olduğu, dünən 6,3 və 6,9 bal gücündə ardıcıl iki zəlzələdə isə 12 nəfərin həyatını itirdiyi bildirilir.

Lombok adasında 15 gündə 800-dək zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 minə qədər binaya ziyan dəyib.

Adada axtarış xilasetmə işləri davam edir. Ölü sayının çox olacağı bildirilir.

Paylaş