ABŞ-ın Texas ştatının sahilində qeyri-adi varlıq tapılıb.
Biosfer.az xəbər verir ki, sirli varlığın qalıqları Priti Desai adlı tvitter istifadəçisi tərəfindən çimərlikdə tapılıb.
Təxmin edilir ki, dəniz dərinliklərinin sakinini sahilə “Xarvi” qasırğası çıxarıb. Hazırda alimlər dəniz canlısının hansı növə aid olduğunu aydınlaşdırmağa çalışırlar. (publika.az)