Fransada nadir heyvanın balası dünyaya gəldi – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Fransanın şimalında yerləşən Boval zooparkında qeyri-adi görünüşə malik və nadir heyvanlardan sayılan okapi balası dünyaya gəlib.

Biosfer.az xəbər verir ki, yeni doğulmuş okapi balasının çəkisi 20 kq olub. Hələlik qapalı şəraitdə saxlanılan okapi təbii havaya bir neçə həftədən sonra çıxarılacaq.

Okapi zürafəkimilər fəsiləsinə aid nadir heyvan növüdür. Onların bədən uzunluğu 2 metrə yaxın, hündürlüyü 1,2 metrə qədər, çəkisi isə 250 kq-a yaxın olur. Başında iki qısa buynuz da olur. Bu heyvanı fərqləndirən əsas cəhətlərdən biri rəngidir. Baş hissəsi açıq rəngli, bədəni qəhvəyi rəngdə olur. Arxa hissəsi isə zebr kimi ağ-qara zolaqlı olur.

Okapilər əsasən Afrika qitəsində Konqo çayı ətrafındakı tropik meşələrdə yaşayır. Ürkək olduqları üçün bu heyvanlarla nadir hallarda qarşılaşmaq mümkündür. Son hesablamalara görə, hazırda Konqo meşələrində 10-15 min okapi yaşayır.

Səriyyə

Paylaş