Almaniyada sincab polis tərəfindən saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Almaniyanın Karlsrue şəhərində bir nəfərin arxasınca düşən sincab polis tərəfindən saxlanılıb.

Biosfer.az Publika.az-a istinadən xəbər verir ki, parkdan keçərkən arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət edib.

Polis isə sincabı yorulana qədər təqib edib.

Karlsrue polis bölməsinin sözçüsü Kristina Krenz analarını itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və onlardan qayğı görmək istədiklərini bildirib.

Polis saxlanılan sincabı adyala büküb və ona yemək verib. Daha sonra heyvan düşərgəsinə aparıb.

Qeyd edək ki, iyul ayında Nyu-York şəhərində yerləşən Prospekt parkında bir sincab 5 nəfərə hücum etmişdi.

Paylaş