Mərkəzi Yunanıstanın Evbeya adasında fövqəladə vəziyyət rejimi elan edilib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə vəziyyət rejiminin elan edilməsinə səbəb meşə yanğınları olub.
Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis bildirib: “Yerli hökumət bütün qüvvəsi ilə kömək edir. Bizim dərdimiz – insanlar və onların mülkiyyətir. Biz indicə bələdiyyədə fövqəladə vəziyyət rejimi elan etmişik. İnsanları polis və yanğınsöndürənlərin göstərişlərinə əməl etməyə çağırırıq”.
Bildirilir ki, qubernator hazırda yanğınlar baş verən yerdədir.