Qəbələdə iki kəndlə əlaqə kəsildi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub.

Hazırda kənd sakinləri çayı xüsusi nəqliyyat vasitələri ilə keçərək hərəkət etmək məcburiyyətindədirlər.

Paylaş