İsti hava 5 nəfərin həyatına son qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniyada havaların isti keçməsi nəticəsində 5 nəfər ölüb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün 2 nəfər Kataloniya muxtariyyətinin Tarraqon Şəhər Xəstəxanasında vəfat edib. Onların hər ikisi evsiz kişidir. Ötən həftə isə Barselonada bir evsiz kişi, Mursidə isə 2 kişi ölmüşdü.

İspaniyanın İberiya yarımadasında havanın temperaturu 40 dərəcə Selsini aşıb. İsti hava şəraiti yanğınlara səbəb olub.

Paylaş