Rusiyada qasırğa – 9 nəfər xəsarət aldı

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb.

Biosfer.az Trend-ə istinadla xəbər verir ki, güclü külək və leysan yağışları nəticəsində 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.

Bundan başqa, bir sıra tikililərə, o cümlədən bir neçə məktəb binasına ciddi ziyan dəyib.

Hazırda bölgədə qasırğanın fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.

Paylaş