Atmosferi çirkləndirən şüşə sexi nəzarətə götürüldü

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən Bisfer.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib.

Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.

Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən, qanunamüvafiq tədbirlər görüləcək.

Paylaş