Ölkə ərazisində havanın hərarəti ötən günlərə nisbətən yüksələcək. Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 32-37°, respublikanın bölgələrində 36-41°, dağlıq ərazilərdə 27-32° isti olacağı gözlənilir.
Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova respublika ərazisində zəif şərq küləyinin əsəcəyini də diqqətə çatdırıb.