Nazirlik qəsdən qurudulan ağacları himayəyə götürdü

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yasamal rayonu Şərifzadə küçəsi, 130 A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsini himayəyə götürüb.

ETSN-in mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, iyulun 23-də Yasamal rayonu Şərifzadə küçəsi, 130 A ünvanındakı yaşıllıq ərazidə 21 ağacın dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı nazirliyin əməkdaşları tərəfindən qanunauyğun tədbirlər görülüb.

Paylaş