Dinozavrın yeni növü kəşf edildi

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ paleontoloqları yeni dinozavr növünü aşkarlayıblar.

Biosfer.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Yuta ştatının Tarixz Muzeyinin “Youtube” kanalında məlumat yayılıb.

Alimlər onu “Akainacephalus johnsoni” – akaynoçefal consoni adlandırıblar. O, ankilozavr dəstəsinə aiddir.

Paleontoloqların sözlərinə görə, dinozavrın bədəni möhkəm sümük zirehlə örtülüb. Tədqiqatçılar dinozavrın skeletinin böyük hissəsini tapa biliblər.

Paylaş