Tayvan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.
Biosfer.az-ın Çinin seysmoloji mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 09:39-da adadan şərqdə, ocağı isə 39 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.