Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi əhaliyə xəbərdarlıq etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit üzrə Milli Agentliyi yeni xəbərdarlıq yayıb.

Biosfer.az “Report”a istinadla xəbər verir ki, xəbərdarlıqda iyulun 20-dən 23-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumat verilir. Bildirilir ki, iyulun 20-dən 23-dək ölkə ərazisində güclü leysan yağışları yağacaq, dolu düşəcək. Bu da bəzi dağlıq ərazilərdə torpaq sürüşməsinə və dağ çaylarında suyun səviyyəsinin qalxmasına səbəb olacaq, sel və daşqınlar yarana bilər.

Məlumat üçün qeyd edək ki, iyunun 15-dən iyulun 15-dək Gürcüstan ərazisində baş verən leysan yağışları, saylarda sel əmələ gəlməsi, torpaq sürüşməsi nəticəsində müxtəlif bölgələrdə 10-a yaxın kənddə evlərə su dolub, körpülər dağılıb, əkin sahələri su altında qalıb, hələlik dəqiq məlum olmayan səbəblərdən 3 nəfər turist dünyasını dəyişib, daha 5 nəfər xilas edilib.

Agentlik ölkəyə gələn turistləri də ehtiyatlı olmağa dəvət edib.

Paylaş