Qəribə və təkrarolunmaz ağ ayılar

Google+ Pinterest LinkedIn Tumblr +

Ağ ayılar ən gözəl heyvanlardan biridir. Onlara qütb ayıları da deyirlər.

Biosfer.az xəbər verir ki, ağ ayılar digər ayılara nisbətən daha iri olurlar: uzunluqları 3 metrə, çəkiləri 700 kiloqrama çatır. Onlar Şimal qütbündə, insan ayağı dəyməmiş ərazilərdə yaşayırlar. Ağ ayılara Amerikanın şərq sahillərində, Şpinsberq və digər adalarda həm quruda, həm də buzlaqlarda rast gəlmək olar. Yeni dünya qütb ayılarının ən çox məskunlaşdığı ərazidir. Amma bu ayıları Laplandiya və İslandiyada da görmək mümkündür.

Qütb ayılarının bədəni uzunsovdur, qısa, kök və güclü pəncələri var. Pəncələrinin altı həddindən artıq genişdir. Bu da qar üzərində gəzməyə və suda üzməyə kömək edir. İlin fəsillərindən asılı olmayaraq, dərisi həmişə bəmbəyaz və ya süd sarısına bənzəyən rəngdə olur.

Qütb ayıları soyuğa həddindən artıq davamlıdırlar, hətta 80 dərəcə şaxtaya dözə bilirlər. Temperatur 0 dərəcədən aşağı olduqda bu ayılar arktik sularda 80 kilometrə qədər üzə bilirlər. Onlar səmti asanlıqla müəyyənləşdirir və gedəcəyi yerə ən qısa yolu seçməyi bacarırlar.

Ağ ayılar olduqca təhlükəli yırtıcı hesab olunurlar. Çünki əla görmə və iybilmə qabiliyyətinə malikdirlər. Ən nəhəng arktik heyvan olan ağ ayılar ətrafdakı hər yeni şeylə maraqlanırlar. Onlar, adətən suda ov edirlər. Amma qurudakı heyvanlar üçün də təhlükəlidirlər. Ağ ayının ən sevimli qidası isə qütb quşlarının yumurtaları və balalarıdır.

Paylaş