Dünyada çoxlu çaylar var. Onlardan hansı daha uzundur?
Biosfer.az məlumat verir ki, bu müəyyən meyarlarla təyin olunur. Dünyanın ən uzun çayı hesab edilən Nil Afrikanın 10 ölkəsinin ərazisindən keçir və uzunluğu 6650 kilometrdir. Nilin iki əsas qolu var: Ağ və Mavi Nil.
And dağlarından başlayaraq Atlantik Okeanına tökülən Amazon çayı ikinci ən uzun çaydır. Lakin bu məsələdə müəyyən fikir ayrılıqları var. Bəzi tədqiqatçıların fikrincə, Amazon çayı Nildən daha uzundur. Onun uzunluğu 6259-6800 kilometr arasında dəyişir. Son vaxtlar çayın yeni mənbəyinin tapılmasından sonra isə, bu rəqəmin 6992 kilometr olduğu iddia edilir.
Dünyanın üçüncü ən uzun çayı isə Yantszıdır.
Bundan başqa ABŞ-ın 10 ştatının ərazisindən keçən Missisipi, Şimal Buzlu Okeanına tökülən Yenisey, təxmini uzunluğu 5464 kilometr olan Xuanxe, Qərbi Sibirin Ob, Braziliya, Paraqvay və Argentina ərazisindən axan La Plata, Afrikadakı Konqo, mənbəyini Rusiyanın Uzaq Şərq bölgəsindən götürərək Sakit Okeana-Oxot və Yapon dənizlərinin qovuşduğu yerə tökülən Amur çayı dünyanın ən uzun çayları hesab olunurlar.