Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən yaydığı məlumata görə, yeraltı təkanların episentri Oş şəhərindən 54 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.