Amerikalı qadının qışqırığı ayını qorxutdu – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Kaliforniya ştatının sakini Brittani Kristensen vəhşi ayını həyətindən qışqırığı ilə qovub.

Biosfer.az xəbər verir ki, o, bununla bağlı videonu “Facebook” hesabında yayıb.

Videoda qara ayının evə daxil olmaq istədiyi görünür. Əvvəlcə qadın bir neçə dəfə “yox” deyir, heyvan isə buna reaksiya vermir.

Ayı pilləkənləri qalxdıqda isə qadın qışqırır: “Yox! Get! Get buradan!”. Bu zaman qorxmuş ayı qaçaraq həyətdən çıxır.

“Mənim səsim işə yaradı. Bax, əgər səsimlə övladlarıma da təsir göstərə bilsəydim”, – o deyib.

Paylaş