Nigeriyada daşqınlar 44 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Nigeriyanın Ktsina ştatında daşqınlar 44 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Aminu Masari bildirib.

A.Masari deyib: “Suyun səviyyəsi 10 fut artıb, bu əsl təbii fəlakətdir”.

Onun sözlərinə görə, 500 ev məhv olub və minlərlə insan evsiz qalıb. Fövqəladə yardımın göstərilməsi üzrə Agentlik zərərçəkənlər üçün zəruri vasitələrlə dolu 13 yük maşını göndərib.

Paylaş