Hindistanda torpaq axdı – 9 nəfər torpaq altında qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın şərqindəki Manipur ştatında torpaq sürüşməsi baş verib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 9 nəfər həlak olub. Ölənlərdən 8 nəfəri uşaqdır.

Məlumata görə, sürüşməyə leysan yağışları səbəb olub.

Çoxlu sayda evin palçıq qatının altında qaldığı bildirilir.

Hazırda bölgədə axtarış işləri aparılır.

Paylaş