İlan, böcək, indi də arı basqınına məruz qalmışıq

Google+ Pinterest LinkedIn Tumblr +

Qax rayon sakinini arı sancıb.

Biosfer.az xəbər verir ki, hadisə rayonun Əmbərçay kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Südabə Cəfərova mürəbbə ilə çay içən zaman arı onun dilindən sancıb. Vəziyyəti ağırlaşan xəstə dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, bu günlərdə müxtəlif rayonlarda ilan və zəhərli böcəklərin vətəndaşları sancması ilə bağlı xəbərlər gəlir.

Paylaş