Qara dənizdə çimmək qadağan olundu – NİYƏ?

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Anapa şəhər rəhbərliyi dəniz kənarında istirahət edənlərə Qara dənizdə çimməyi qadağan edib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bu qərara suyun temperaturunun aşağı olması səbəb olub.

Qeyd olunur ki, bölgədə çimərliklərdə suyun temperaturu 14-16 dərəcəyədək azalıb. Temperaturun yaxın bir həftə ərzində qalxa biləcəyi ehtimal olunur.

Qadağa iyulun 8-dən tətbiq olunub, amma qərarın müddəti barədə məlumat verilmir.

Paylaş