Çində yaxınlaşan qasırğa ilə bağlı xəbərdarlığın “qırmızı səviyyəsi” elan olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Çinin Futszyan əyalətində “Mariya” qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlığın ən yüksək “qırmızı səviyyəsi” elan edilib.

Biosfer.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Meteorologiya İdarəsi yayıb.

Qasırğanın episentrində küləyin maksimal gücü 16 bala (saniyədə 52 metr) çatır.

“Mariya”nın iyulun 11-də səhərə yaxın Tayvandan şimala doğru keçəcəyi və səhər saatlarında Futszyan əyalətinə çatacağı gözlənilir.

Paylaş