Sakit okeanın Vantau sahillərində zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Bazar günü Sakit okeanın Vanuatu Respublikasına məxsus olan Tanna adası sahillərində 5,5 maqnituda gücündə zəlzələ baş verib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların mərkəzi İsanqel şəhərindən 61 km şimal-şərqdə olub. Zəlzələnin ocağı yerin 259 km. dərinliyində yerləşib.

Sunami təhlükəsi, dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Paylaş