Yaponiyada təbii fəlakət – Ölənlər və itənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada davam edən leysan yağışı ilə əlaqədar sakinlərə təxliyəyə hazır olmaq göstərişi verilib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, güclü yağıntıların səbəb olduğu daşqınlarda azı 3 nəfər həlak olub, itkin düşənlərin olduğu da qeyd edilir.

Ümumilikdə 14 prefekturada 520 minə yaxın sakinin təxliyə barədə göstəriş aldığı deyilir.

Qeyd olunur ki, 6 prefekturada 18 çayın səviyyəsi kritik həddə çatıb.

Leysan yağışların bu gün və sabah da davam edəcəyi proqnozlaşdırılıb.

Paylaş