Bazar günü saat 20:45-də Rusiyanın Yujno-Saxalinsk vilayətinin yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
Biosfer.az ABŞ Geoloji Tədqiqat Xidmətinə istinadən xəbər verir ki, zəlzələnin mərkəzi 388 km dərinlikdə yerləşir.
Zəlzələnin episentri isə Yujno-Saxalinskdən 172 km qərbdə olub.
Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.