Üzənlər də uçarmış…

Google+ Pinterest LinkedIn Tumblr +

Tropik sulara daxil olan adamı birinci olaraq uçan balıqlar qarşılayır.

Biosfer.az xəbər verir ki, uzunluğu 25-30 santimetr olan bu balıqlarda olduqca maraqlı uyğunlaşmalar əmələ gəlib. Karifen adlı yırtıcı balıqlardan yaxasını qurtarmaq istəyən uçan balıq sudan havaya atılaraq 5-7 metr yüksəklikdə quş kimi havada 300-400 metr uçur.

Hətta onlar 7-8 metr yüksəklikdə 800 metrə qədər məsafə qət edə bilirlər. Bu zaman onun sürəti 48-72 kilometr/saata çatır. Bu qədər məsafə qət edən balıq təxminən bir dəqiqə havada qalır. Uçan balıq suya enərkən bəzən gəmilərin göyərtəsinə yaxud qayıqların içərisinə düşür.

Paylaş