ABŞ geoloji xidmətinin məlumatına əsasən, Sakit okeanda Vanuatu sahilləri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verdi.
Biosfer.az xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Port-Vila şəhərindən 30 kilometr qərbdə olub. Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Sunami təhlükəsi elan olunmayıb.