Yaponiyada güclü zəlzələdən sonra 30-a yaxın təkrar yeraltı təkan qeydə alındı

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın Osaka prefekturasında baş verən güclü zəlzələdən sonra 30-a yaxın təkrar yeraltı təkan qeydə alınıb.

Biosfer.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat verib.

Məlumata əsasən, onlardan dördü 4 bal gücünədək olub. Mütəxəssislər xəbərdarlıq edib ki, zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 07:58-də Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 360 nəfər xəsarət alıb, 1 500-dək insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

Paylaş