Xınalıqda sel: Maşın aşdı

Google+ Pinterest LinkedIn Tumblr +

 

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırdı.

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. Biosfer.az APA-ya istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel “Mersedes ” markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

Paylaş