Ukraynaya qreyfrut iriliyində dolu yağdı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Ukraynanın qərbində göy gurultusu və dolu ilə müşayiət olunan qasırğa baş verib.

Biosfer.az “iPress”ə istinadən xəbər verir ki, ölçüsü kiçik qreyfrut boyda olan dolunun yağması nəticəsində yaşayış evlərinə ziyan dəyib, ağaclar aşıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, təbiət hadisəsi zamanı 182 evin dam örtüyünə ziyan dəyib. Fəsadların aradan qaldırılmasına yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Paylaş