Nərimanov rayonunda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayəti nazirliyin mütəxəssisləri yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a verilən məlumata görə, araşdırma zamanı havaya tullantıların həmin ərazidə fəaliyyət göstərən “Buz Metal” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Faktla bağlı cəmiyyətin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Paylaş