Yaponiyanın Küsü adasında 5,5 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Kuşima şəhərindən 26 km cənub-şərqdə, ocağı 60 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.