Ekologiya üçün ən təhlükəli şəhərlər – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyanın ekologiya üçün ən təhlükəli şəhərlərinin adları açıqlanıb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yaşayış məntəqələrinin siyahısı Dünyada Karbon İzinin Şəbəkə Modeli (GGMCG) layihəsi tərəfindən təqdim edilib.

Reytinqi tərtib etmək üçün informasiyanı Norveç, İsveç, ABŞ və Yaponiya alimləri tərtib ediblər.

Bu siyahıda Seul ətraf mühiti ən çox çirkləndirən şəhər sayılıb. Onun ardınca Quançjou, Nyu-York, Honkonq gəlir. Liderlər “beşliyini” Los-Anceles tamamlayır.

Ekologiyanı çirkləndirən ilk on şəhər siyahısına adıçəkilən şəhərlərlə yanaşı, Şanxay, Sinqapur, Çikaqo, Tokio və Yokohama aqlomerasiyası və Ər-Riyad daxil olub.

Seul

Quançjou

Nyu-York

Honkonq

Los-Anceles

Paylaş