İtaliyada torpaq sürüşməsi baş verdi

Google+ Pinterest LinkedIn Tumblr +

Cümə axşamı İtaliyaya yağan güclü yağışlardan sonra Turin şəhərinin Susa vadisində torpaq sürüşməsi baş verib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 evə ziyan dəyib, 120 nəfər təxliyə edilib.

Təxliyə olunanlar Qırmızı Xaç Cəmiyyəti tərəfindən təşkil edilən mərkəzdə gecələyiblər. Xəsarət alan üç nəfər müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Sinoptiklər qeyri-sabit hava şəraitinin davam edəcəyini bildiriblər.

Paylaş