Nazirlik həyəcan təbili çaldı – Bu məhsulların ətraf mühitə zərəri…

Google+ Pinterest LinkedIn Tumblr +

“Azərbaycan polietilen məhsulların ətraf mühitə zərəri uzun illərdir hiss olunur”.

Biosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov bu gün keçirilən mətbuat konfransında deyib. A.Zeynalov vurğulayıb ki, artıq bu zərər təhlükəli həddə çatmaqdadır:

“Bakının mərkəzində insanlar zibili yerə atmaq istəmir, amma kənara çıxdıqca bu problem yaranır. Polietilen məhsulları təbiət və ətraf mühit üçün təhlükəlidir və bu zərər hər gün bir az da artır. Artıq həyəcan təbili çalmaq lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi illərdir bu istiqamətdə çalışır. Lakin digər qurumlar da bu məsələyə dəstək verməlidir. Bəzi ölkələr bu məhsullardan istifadəni qadağan edib, bəziləri məhdudlaşdırıb. Azərbaycan üçün isə ən optimal variant seçiləcək”.

Paylaş