Qvatemala sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanların episentri Çamperiko şəhərindən 105 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.